Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

18 Sentyabr 2020 23:13
Bəyəndim (7) Bəyənmədim (0)

Firəngiz Ümid

DÜNYA

Ədalətlə yoğrulmayır,
Axar suyu durulmayır.
Heç düzlüklə sovrulmayır,
Haqqımızı alır dünya.

Zirvələrdə quduz sarkən,
Tamahında qullar varkən.
Haqlıları zülm əzərkən,
Gümanımda solur dünya.

Düzlərini verir bada,
Əyri layiq olur ada.
Hüsnünə kim olsun fəda?
Gözlərimdə ölür dünya.

Mən ki, sevmədim dünyanı,
Mənə danışan hədyanı.
Hey daşladım mən şeytanı,
Bizi dərdə salır dünya

NƏFSƏ HƏZƏR EYLƏ

Qurub yaratmaqçün çalışmasa əl,
Nəyimə gərəkdir etdiyim əməl.

Ac uşaq gözündə əzabdı yaşam,
Tamaha nifrətəm, vicdana xoşam.

Nəfsə həzər eylə, dünya yaşasın,
Qoy, bəşər kədəri tamam boşasın.

Qalmasın gözlərdə nə qəm, nə hicran,
Sevinc ayaq açsın, sürsün də dövran.

İBRƏT ET

Mamır yastıq üstə qoyub başını,
Yeyər tale zəhər qatan aşını.
Həyat belə öyrədər hər naşını
İbrət götür, bu dünyanın işindən,
Salamat çıxmamış kimsə dişindən.

Tale sənə yumruğunu qaldırar,
Dəymişin durmuşkən, kalın saldırar.
Arzuların ürəyində soldurar,
İbrət götür, bu dünyanın işindən.

Salamat çıxmamış kimsə dişindən,
Çox “mənəm” deyənlər gəlib, getdilər.
Nəfsin bu dünyada qoyub getdilər,
Demirəm dünyadan doyub getdilər.
İbrət götür bu dünyanın işindən,
Salamat çıxmamış kimsə dişindən.

Etibar Şeyda

GÖZLƏR

Bir cüt göz görmüşəm, gözlər icində,
Məni gözləriynən yeyirdi gözlər.
Nişangah olmuşdum lal baxışlara,
Atdığı hədəfə dəyirdi gözlər.

Hərdən kiprikləri qalxıb enirdi,
Baxdıqca qəlbimdə can isinirdi.
Nə mən danışırdım, nə o dinirdi,
Gizlicə nə isə deyirdi gözlər.

İstərdim, mən olam könlunə ağa,
Alışıb yanırdım,baxıb bulağa.
Tanrı bəsdəsidi başdan ayağa,
Nəğmədi, muğamdı, şeirdi gözlər.

Etibar, beləymiş eşqin yatımı,
Əyib,bükələdi yeddi qatımı.
Şahlara əyilməz boy busatımı,
Yaman ustalıqla əyirdi gözlər.

GEDƏCƏK

Deyirdimki, elim,obam,
Öz yurduna cəm gedəcək.
Dözəmmədik bu həsrətə,
Bir necəmiz kəm gedəcək.

Deyirdim ki cıxaq,gedək,
Sözüm kecmir, dilim gödək.
Kimi elə gəldiyitək,
Kimisidə dəm gedəcək.

Qismətiylə barışsa da,
Gedənlərə qaışsada.
Sənlə gülüb danışsada,
Gözlərində nəm gedəcək.

Ay söhbəti səhnə kişi,
Ay sinəsi dəhnə kişi.
Ölmə, ölmə, köhnə kişi,
Kəlbəcərə kim gedəcək?!

Mən Etibar, başı daşlı,
Bilək gücsüz, bədən yaşlı.
Altmış mınlik gözü yaşlı,
Altmış mınlik qəm gedəcək.

VƏTƏN

Baxıb üc rəng bayrağına,
Fərəhindən əsdi vətən.
Bu torpağın altı evim,
Bu torpağın üsdü vətən.

Dədəm Qorqudun soyudur,
Oğuzların bir boyudur.
İçdiyim bulaq suyudur,
Aldığım nəfəsdi vətən.

Könül salma hər inciyə,
Doğulandan ölüncəyə.
Qobustandan Əlincəyə
Bayatılı səsdi vətən.
Nənəm deyən nağılların

Nənəm deyən nağılların,
Oğradığım noğulların.
Şəhid olan oğulların,
Xatirəsi büstü vətən.

Vətən nədir,kim bilirsə?
Kədərin,qəmin bölürsə.
Vətən üçün kim ölürsə,
Bax, elə o kəsdir vətən!