Moskva Beynəlxalq Musiqi Evində SSRİ Xalq artisti Müslüm Maqomayev konsertlə yad ediləcək

Moskva Beynəlxalq Musiqi Evində SSRİ Xalq artisti Müslüm Maqomayev konsertlə yad ediləcək

17 Sentyabr 2020 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 21-də Moskva Beynəlxalq Musiqi Evində SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert keçiriləcək.

Oxuməni.az Moskva Beynəlxalq Musiqi Evinə istinadla xəbər verir ki, proqrama əfsanəvi müğənninin repertuarından “Mavi əbədiyyət”, “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Melodiya” və digər mahnılar daxil edilib. Mahnıları “Rus Filarmoniyası” Moskva Simfonik Orkestri müşayiəti ilə Nikolay Ryabuxa səsləndirəcək. Orkestrə Sergey Tatarin dirijorluq edəcək.

Oxuməni.az