Siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstü hazırlanıb

Siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstü hazırlanıb

15 Sentyabr 15:12
396
Bəyəndim (2) Bəyənmədim (0)

Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstü hazırlanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Ukraynadakı səfirliyi və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.

K.Məmmədov bildirib ki, büst noyabrın 10-da Atatürkün anım günündə Türkiyənin Ukraynadakı səfirliyinə hədiyyə ediləcək. Bu münasibətlə Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, Atatürkün büstünün Türkiyənin Ukraynadakı səfirliyinin giriş hissəsinə qoyulacağı nəzərdə tutulur.

Oxuməni.az