Azərbaycan Dövlət  Rəqs Ansamblı "Eurovision-2012" mahnı müsabiqəsində xüsusi proqramla çıxış edəcək

Azərbaycan Dövlət Rəqs Ansamblı "Eurovision-2012" mahnı müsabiqəsində xüsusi proqramla çıxış edəcək

24 Aprel 2012 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin may ayında Almaniyada təşkil olunan "Eurovision" musiqi yarışmasından qalib kimi ayrılan Azərbaycan yarışmanın növbəti bölümü üçün durmadan çalışmaqdadır. Küçələr abadlaşdırılır, otellər, istirahət mərkəzləri, alış-veriş mərkəzləri, restoranlar, turizm şirkətləri və digər xidmət sahələri saz vəziyyətinə gətirilməkdədir. Bir sözlə, yarışma çərçivəsində müvafiq qurumlar qollarını sözün əsl mənasında çırmalayaraq, iş başındadırlar.

"Eurovision-2012"yə hazırlaşanlar arasında Azərbaycan Dövlət Rəqs Ansamblı da var. Əldə etdiyimiz məlumata görə, ansambl iştirakçıları son günlər durmadan məşq edərək, böyük çıxışlarından birinə hazırlaşırlar. Hansı ki, onların sayəsində yarışma günündə bütün dünya - eşidib-eşitməyənlər, görüb-görməyənlər Azərbaycan mədəniyyəti və musiqisi ilə yaxından tanış olacaqlar. "Eurovision 2012"də milli ansamblla yanaşı, "Natiq ritm qrupu" və Emin Ağalarov da məharətlərini bir daha nümayiş etdirəcəklər.

Günel Həbib

O.M.