“Eurovision -2012” günlərində məktəblərdə dərslər davam edəcək

“Eurovision -2012” günlərində məktəblərdə dərslər davam edəcək

17 Aprel 2012 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

""Eurovision -2012" günlərində məktəblərdə dərslər davam edəcək". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, onda olan məlumata əsasən, belə bir qərarın qəbul olunması gözlənilmir: "Mənə elə gəlir ki, belə bir zərurət yaranmayacaq. Yəni bu yarış Bakının müəyyən bir hissəsində keçiriləcək. Müsabiqə keçirilən vaxt artıq bizim dərslər təxminən başa çatmaq ərəfəsində olacaq. Güman edirəm ki, belə bir hala zərurət yaranmayacaq".

Qeyd edək ki, "Eurovision -2012" müsabiqəsinin Təşkilat Komitəsi üzlərinin dünən keçirdikləri mətbuat konfransında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Eurovision 2012" yarışması öncəsi orta məktəblərdə dərslərin dayandırılması barədə qərarın olmadığını bildirib. Fond rəsmisi qeyd edib ki, əvvəllər belə bir təklif səslənsə də, bununla bağlı qərar qəbul olunmayıb. Onun sözlərinə görə, Təşkilat Komitəsinin növbəti toplantısında bu məsələyə toxunulması nəzərdə tutulur.

O.M