VİDEO-"Oxu Məni"nin çəkdiyi serial 4 ildən sonra tapıldı

VİDEO-"Oxu Məni"nin çəkdiyi serial 4 ildən sonra tapıldı

14 Aprel 2012 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
Hazırda "Özümü axtarıram" romanı Türkiyə və Azərbaycan televiziya kanallarının diqqət mərkəzindədir

2008-ci ildə "Oxu Məni" media qrupunun nəzdində fəaliyyət göstərən "Serial" production "Özümü axtarıram" adlı serialın çəkilişinə başladı. Natiq Qocamanın ssenarisi əsasında ekranlaşdırılması planlaşdırılan eyniadlı əsərin birinci hissəsinin çəkilişləri elə ilk gündən çoxsaylı problemlərlə müşayiət olundu. Təşkilati məsələlər düzgün qurulsa da, təcrübə azlığı texniki məsələlərdə öz sözünü deyirdi. Əslində, filmin birinci hissəsi ekranda nümayiş etdirilmək üçün çəkilməmişdi. Nümunə olaraq ekranlaşdırılmışdı ki, ssenarinin təsdiqi üçün ATV kanalına təqdim olunsun. Bu, həm də daxili imkanlar çərçivəsində "Serial" productionun ilk işi idi və bir növ kastinq xarakteri daşıyırdı. O zamanlar "Serial" sektoruna dövlət qayğısı olmadığından ATV kanalı da çəkilişlərə başlaya bilmədi. Doğrudur, 2010-2011-ci illərdə SOY production və ATV adıçəkilən əsəri yenidən ekranlaşdırmaq qərarına gəldi. Bu barədə ikitərəfli və çoxtərəfli görüşlər keçirildi. Lakin maliyyə problemlərindən iş niyyət sazişindən irəli gedə bilmədi. 2012-ci ildə "Özümü axtarıram" əsəri "Sirr" adı ilə yenidən gündəmə gəldi. Hazırda SOY production, ATV və "Serial" production yeni serialın ekranlaşdırılması üçün hazırlıqlara başlayıblar.

Yeri gəlmişkən, Türkiyənin dövlət xəbər agentliyi "Anadolu Ajansı" 11.01.2012-ci il27.01.2012-ci il tarixlərində "Serial" qəzeti haqda məlumat yaydıqdan sonra qardaş ölkənin aparıcı serial istehsalçıları da "Özümü axtarıram" və başqa əsərlərlə maraqlanmağa başladı. "Oxu Məni" media qrupunun arxivində olan təxminən 600 əsərdən bir neçəsi hazırda ikitərəfli müzakirə obyektinə çevrilib.

İndi isə qayıdaq 2008-ci ildə çəkilmiş "Özümü axtarıram" serialının birinci hissəsinə. O zamanlar film həvəskar səviyyədə lentə alınsa da, tamaşa edən hər kəsin rəğbətinə səbəb oldu. Lakin aradan qısa bir müddət keçdikdən sonra film qeyri-müəyyən səbəblərdən yoxa çıxdı. Hətta kompüterlərə köçürülmüş nüsxələr də silinmişdi. Ötən dörd il ərzində biz filmin fraqmentlərini hissə-hissə əldə edərək, çətinliklə də olsa yenidən bərpa edə bildik. Əziz oxucular və tamaşaçılar, xahiş edirik bu filmi əvvəldən axıra qədər izləyin və rəylərinizi bildirin. Çünki əsərin və "Serial" productionun gələcək fəaliyyəti sizin fikirlərinizdən və rəylərinizdən asılıdır.

O.M.