Elton Hüseynəliyev fərqli konsertə hazırlaşır

Elton Hüseynəliyev fərqli konsertə hazırlaşır

4 Aprel 2011 09:03
1 150
Bəyəndim (0) Bəyənmədim (0)
Konsertin hələlik 2 adı var

Gənc müğənni canlı performanslarıyla verdiyi konsertlərə birini də əlavə etmək niyyətindədir. Daha doğrusu, o, artiq yeni bir konsert proqramına da damğa vuracaq. May ayının 22-də möhtəşəm H.Əliyev adına Sarayda Elton fərqli bir konsertlə tamaşaçılarla görüşəcək. Konsertin adı iki hissədən ibarətdir deyə, hələlik ad üzərində seçim edilməyib. O ki qaldı fərqliliyə, bildirək ki, Eltonun konsertində Türkiyədən gəlmiş sənətçilər iştirak edəcəklər. Bir qrup türk sənətçiləri bizim muğənnimizi həm müşayiət edəcək, həm də onun mahnılarını oxuyacaqlar. Onu da əlavə edək ki, bir cox yerli sənətçilərimiz, həmçinin korifeylər E.Hüseynəliyevin konsertinə dəvətlidirlər. Bir vaxtlar qalmaqala düşdüyü Rəqsanənin adı isə deyəsən, bu siyahıda yer almayib...

Könül Aypara

O.M.