Bircinsli evlilik, surroqat ana və... Tanrının bəlası gəldi

Bircinsli evlilik, surroqat ana və... Tanrının bəlası gəldi

30 Mart 10:19
5 228
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün dünyada milyardlarla insanın adi həyat tərzini tamamilə dəyişdirən koronavirus pandemiyası alovlanır. Müxtəlif ölkələrin səhiyyə nazirliklərinin hesabatları elan olunmamış dünya müharibəsinin cəbhələrindən gələn xəbərlərə bənzəyir. Hər gün yüzlərlə yeni ölü və yoluxma ilə bağlı xəbərlər gəlir. Elm adamları hələ də koronavirus pandemiyasının nə vaxt bitəcəyinə dair dəqiq bir cavab verə bilmirlər... Ancaq o, bir gün bitəcək və dünyanı kökündən dəyişdirəcəkdir. Koronavirusdan sonra dünya necə olacaq? Koronavirusu “Tanrının bəlası” adlandıran məşhur yazıçı Çingiz Abdullayev məqaləsində bundan bəhs edir.

Oxuməni.az Çingiz Abdullayevin rus dilində yazılanTeleqraf.com tərəfindən tərcümə edilən məqaləni oxucularına təqdim edir:

Dünya XXI əsrin ortalarında. Koronavirusdan sonra dünya. O, necə olacaq? Ən ehtiyatlı proqnozlara görə, mövcud peşələrin 30-40%-i ya yox olacaq, ya da transformasiya olunacaq.

Ticarət kökündən dəyişir. Demək olar ki, istənilən məhsul evdən sifariş verilə bilər. Ümumdünya hörümçək toru yalnız həyatımıza girmir. Bu gün istənilən şəxsi izləyə bilərsiniz. Onun bütün hərəkətləri, alış-verişi, danışıqları, maraq dairəsi. Yeni texnologiyalar hətta insan orqanlarını da çap etməyə imkan verir. Bəşəriyyət vəba, qızılca, ebola kimi dəhşətli xəstəlikləri məğlub etdi. Hətta daxili orqanlarını dəyişdirməyi, mürəkkəb cərrahi əməliyyatlar aparmağı və ciddi xəstəliklərə qarşı uğurla mübarizə aparmağı öyrəndi. Hamısı budur? Cənnət yer üzündədir? Heç də belə deyil. Liberalizmin bütün dünyada qələbəsi gözlənilməz nəticələrə səbəb oldu.

İki sistem tarixin tarazlığında bir-birini tuturdu. Reyqanomika və tetçerizmin qələbəsi (o dövrdə olduqca uğurlu idi) bütün problemləri həll etmiş kimi görünürdü. Lakin Reyqanın varisi və vitse-prezidenti ata Buş ikinci dönəm seçkiləri, Marqaret Tetçer hətta öz partiyasının üzvlərinin də etimadını itirməyi bacardı. Və leyboristlər uzunmüddətli dövrdə üstünlük əldə etdi. Barri Sandersin uğurları təsadüfi görünməməlidir, necə ki, Tramp və ya Consonun dəyişən dünyanın sistemsiz şəxsləri olarq aşkar populizmi təsadüfi görünmür. Fransa nümunəsi daha yaxşı göstəricidir. Böhran əlamətləri artıq prezidentlik müddətini nümayişkəranə şəkildə kəskin qısaltmış Şirakın zamanında özünü göstərirdi. Növbətilər digərlərindən daha pis idi. Sarkozi sevilmədi, Ollanda xor baxıldı, Makrona isə sadəcə nifrət edilir.

Bütün Avropada sağçı partiyaların qələbələri olduqca həyəcan doğuran bir simptomdur. Əvvəla, Avropanın özü üçün. Breksit kimi... Kataloniyada, Şotlandiyada, Şimali İtaliyada, Korsikadakı separatçıların təzyiqi. Dünya liberalizmi və onun mütləq azadlıq şüarı öz dominantlığına hazır deyilmiş. Ənənəvi dəyərlər rədd edildi. Hətta xristianlığın aparıcı rolunun tanınması azadlıq aşiqlərinə elə də vacib deyildi. Əgər bu gün ABŞ-da əksər gənclər, anketlərə görə sosializmi seçsələr, tektonik sürüşmələr baş verəcək. 90-cı illərin əvvəllərində əbədi olaraq basdırılmış kimi görünən insanların ədalət və bərabərlik ideyaları yeni nəfəs aldı. Və bu, hətta əldə etdiyi uğurlara dünyada milli xüsusiyyətlərinin nəticəsi kimi baxılan Çinin uğurları fonunda da baş vermir. Əgər adambaşına düşən ÜDM-in həcminə görə İtaliyadan 4 dəfə geri qalan Kuba bu gün həkimlərini varlı İtaliyaya göndərirsə, demək sistemdə nəsə işləmir. Fransadakı “Sarı jiletlilər”, “Almaniya üçün alternativ”, ABŞ-da radikal feministlərin hərəkatı və hətta Rusiyanın yeni konstitusiya layihəsində Allah haqqında danışılırsa (keçən əsrin ən allahsız ölkəsi, hərçənd ki, bu SSRİ idi) – bütün bunların hamısı eyni mozaikanın bir hissəsidir. Hansı ki, bu mozaikalardan yeni dünya yaranır. Ziddiyyətli və adi dünya nizamından köklü şəkildə fərqlənir.

Bircinsli evliliyin geniş yayılması ciddi əxlaq qəyyumları üçün dəhşətlidir. Uşaqlara öz cinslərini seçməsinə icazə vermək qiyamət günü kimi görünür. Halbuki liberalizm bütün bu faktları mütləq azadlığın təzahürləri hesab edir. Opponentlərin fikirlərinin başa düşülməməsi və qəbul edilə bilinməməsi hər iki tərəfin vəhşicəsinə rədd edilməsinə səbəb olur. Artıq indidən yeni dünyada ultramühafizəkar meyillərin və cəmiyyətlərin meydana çıxacağını, onların da öz növbəsində dünyada “xaç yürüşünə” çıxacaqlarını proqnozlaşdırmaq olar.

“Surroqat analar” və süni mayalanma artıq bir çox dinlərin xadimlərinin qətiliklə rədd etməsinə səbəb olur. Baxmayaraq ki, bu, minlərlə ailəni xoşbəxt edir. Ekoloji problemlərə nümayişkaranə laqeyd yanaşma, içməli su probleminin tədricən artması, okeanların çirklənməsi, canlı növlərin məhv edilməsi – bunların hamısı heç bir mənəvi normalarla məhdudlaşmayan geniş istehlakın nəticəsidir. Bir ideya psixopatı sizi hansısa küçədə mətbəx bıçağı ilə bıçaqlaya, yaxud avtomobilini kütləvi qətl silahına çevirə bilər. Hər gün mülki insanların öldüyü hərbi münaqişələr səngimək bilmir. Avropada təkcə irqi deyil, həm də dini kimliyini itirən miqrantların problemləri. Bu da öz növbəsində sağçı və açıq millətçi partiyaların populyarlığının artmasına səbəb olur. Bir də koronavirus – tortun üzərindəki albalı kimi.

Otuz-qırx il əvvəl Şərqi Avropadakı rejimlər bir-birinin ardınca çökdüyü zaman dünya belə təsəvvür edilmirdi. Orta Asiyadakı yerli sultanlar və padşahlar hələlik radikalizm dalğasını öz sərhədləri daxilində saxlaya biliblər. Ancaq bu, yalnız müvəqqəti qələbədir. Avrasiyanın ənginliklərində radikalizm virusu artıq gəzir. O, 10-15 il ərzində qələbəyə məhkumdur. Və sonra cənub sərhədləri tamamilə müdafiəsiz qalan Rusiyaya qaçqın dalğası axacaq. Bəlkə elə bir an gələcək ki, həmin an taktiki nüvə silahından istifadə barədə düşünmək lazım gələcək? Çox pessimistdir? Mən belə düşünmürəm. Tarixdə vəba yayılmış şəhərlərin bütün sakinləri ilə birlikdə yandırılması halları olub. Və Beslan və ya Nord-Ost faciələri ilk növbədə adamlar və uşaqlar haqqında düşünülməyəcəyini göstərdi. Görəsən kiçik İsrail niyə nüvə silahına sahibdir? Yoxsa bu son qisas vasitəsidir? Breyvik bu qədər adamı öldürdükdən sonra iyirmi bir il, əhəmiyyətsiz qadın düşkünü Vaynşteyn (mart ayında ABŞ-da seksual zorakılığa görə 23 il müddətinə azadlıqdan məhrum edilən prodüser Harvi Vaynşteyn nəzərdə tutulur - red.) iyirmi üç il həbs cəzası aldıqda dünya ağlını itirir. Maraqlıdır ki, Rusiya mediası cinayətkarın adını demək olar ki, tam yazmır... Avqust Berinq Breyvik. Bəlkə də düz edir. Vitus Berinq görkəmli dənizçi, səyyah, digəri isə sadəcə məxluqdur. Lakin kütləvi şüurda bir ad digəri ilə üst-üstə düşə bilər.

Müasir kommunikasiya vasitələri, sosial şəbəkələr artıq həm əsas xəbər mənbəyinə, həm də açıq mübarizə vasitələri, dezinformasiya, feyk mənbəyinə çevrilib. İnqilablar bu gün tam olaraq sosial şəbəkələrdə yaranır və inkişaf edir. Əxlaq normalarının, hər hansı əxlaqi qadağaların ləğvi və həvəskarlığın təntənəsi dünya mədəniyyətində üstünlük təşkil edir. İyirmi birinci əsrin ortalarında artıq belə bir dünya formalaşır. Ziddiyyətli, mürəkkəb və bəşəriyyət bu növbəti sivilizasiya dövrünə uyğunlaşmağa məcburdur? Yeni epoxaya tullanmaq üçün ümumi iqtisadi böhranı yaşamağı bacarmaq… Və bu fonda yaşlı nəslin kütləvi məğlubiyyəti ilə nəticələnən koronavirusun meydana çıxması “Tanrının bəlası” kimi artıq çoxdan görünməli idi. Və o göründü.

Oxuməni.az