Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

7 Mart 14:03
866
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

Bu barədə Oxuməni.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Oxuməni.az