BDU-da Konfutsiy İnstitutunun açılışı olub

BDU-da Konfutsiy İnstitutunun açılışı olub

22 Aprel 2011 16:22
1 307
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Dövlət Universitetində Konfutsiy İnstitutunun açılışı olub. İnstitutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb.


Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, bu İnstitut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsi, Çinlə daha yaxın tanış olunması və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının həyata keçirilməsi baxımından böyük xidmətlər göstərəcək.


Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsiy İnstitutunun açılışı münasibətilə xoş sözlərini və arzularını söyləyib.


Qeyd edək ki, Konfutsiy İnstitutu xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış Çin mədəniyyət və təhsil mərkəzidir. Konfutsiy İnstitutlarının missiyası - Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.


Çin dilini bilməsəm də, yeni institutun adı məni düşünməyə vadar etdi...


Elvin Babayev


O.M.