İtaliyada  konsert proqramı təşkil edilib

İtaliyada konsert proqramı təşkil edilib

21 Fevral 2020 14:42
Bəyəndim (3) Bəyənmədim (0)

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Oxuməni.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

Oxuməni.az