Günün fotosu
Günün videosu
Şərhsiz
Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur

Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur

20 Fevral 15:50
2 283
Bəyəndim (1) Bəyənmədim (0)

Qədim Buxara şəhərinin İslam mədəniyyətinin 2020-ci il üçün paytaxt şəhəri seçilməsi nəzərdə tutulur.

Oxuməni.az xəbər verir ki, bunla bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) yüksək səviyyəli nümayəndəsi Rixati Salix Najibin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.

Nümayəndə heyətinin Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova və Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Şoazim Minavarovla görüşündə Buxara şəhərinin rəsmi olaraq İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Bildirilib ki, bu ilin aprelin 14-də Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunacaq və bununla bağlı təntənəli açılış mərasimində İSESKO Baş direktorunun iştirakı gözlənilir.
Kamola Akilova əlavə edib ki, tədbirlər çərçivəsində Səmərqənd və Buxara şəhərlərində elmi-praktik konfransın keçiriləcəyi nəzərdə tutulur. O deyib ki, qonaqlar bu qədim şəhərlərin təkrarsız abidələri ilə də yaxından tanış olacaqlar.

Oxuməni.az