Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib

Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib

11 Fevral 12:09
1 282
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Ə.Hüseynov adına 12 nömrəli Cəbrayıl tam orta məktəbin şagirdləri ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

Oxuməni.az xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Məktəbdə, həmçinin şairin kitablarından ibarət “Bənzərsiz ömür yolu” adlı sərgi də təşkil edilib.

Tədbirdə əsas məqsəd şairin yaradıcılığını daha dərindən təbliğ etmək, şagirdlərə müəllifin əsərlərini oxumağı tövsiyə etməkdir.

Oxuməni.az