Əbülfəs Qarayev Şvıdkoyu qəbul edib

Əbülfəs Qarayev Şvıdkoyu qəbul edib

7 Fevral 2020 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib.

Oxuməni.az xəbər verir ki, görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edib. Qonaqları səmimi salamlayan nazir Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Yanvar ayının sonunda paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransın böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylərin səsləndiyini vurğulayıb.

Qeyd olunub ki, gələcəkdə bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir.

Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda yaxından iştiraka dəvət edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Oxuməni.az