Veqanlar artıq Hollivudda
Fevralın 10-da keçiriləcək 92-ci “Oskar” mükafatının təqdimolunma mərasimi ilə bağlı verilən ziyafətdə menyuda heyvan mənşəli qidalar olmayacaq. Qonaqlara yalnız tərəvəz məhsulları və desert təklif olunacaq.
Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, veganlıq 2020-ci ilin əsas restoran trendinə çevriləcək.
Belə ki, ABŞ-da fəaliyyət göstərən ən böyük “Fast food” şəbəkələri artıq menyularında ətsiz burgerlərdən istifadə edirlər. Ümumiyyətlə, ölkədə veqanların sayı durmadan artır.
“Forbes” jurnalının məlumatına görə, 2018-ci ildə amerikalılar düyü, badam, soya kimi məhsullara üstünlük veriblər. Onlar bunun üçün təxminən 1,9 milyard dollar xərcləyiblər. Ümumilikdə, bitki məhsullarına çəkilən xərclər 3,3 milyard dollar təşkil edib. Əgər 2014-cü ildə ölkədə vegetarianların sayı 1 faiz idisə, 2017-ci ildə 6 faiz təşkil edib.
Qeyd edək ki, “Oskar” mükafatı ilk dəfə 1929-cu ildə “Hollywood Roosevelt” otelində Duqlas Ferbensk tərəfindən təşkil edilən ziyafət zamanı təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az