“Altın Kelebek” mükafat mərasiminin keçirilmə tarixi açıqlanıb

“Altın Kelebek” mükafat mərasiminin keçirilmə tarixi açıqlanıb

15 Yanvar 11:15
3 059
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ildə mədəniyyət və televiziya sahəsində uğur qazananlar 28 fevral tarixində mükafatlandırılacaqlar.

Oxumeni.az xəbər verir ki, qısa fasilədən sonra ikinci tur səsverməsinə start verilib. Birinci mərhələdə ən çox səs toplayan şəxslər ikinci turda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva “ilin ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az