Suriyada Moskva Dövlət Universitetinin filialı açıla bilər

Suriyada Moskva Dövlət Universitetinin filialı açıla bilər

9 Yanvar 11:46
2 365
Bəyəndim (1) Bəyənmədim (0)

Suriyada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açıla bilər.

Oxumeni.az xəbər verir ki, bu barədə Pravoslav Fələstin İmperator Cəmiyyətinin sədri Sergey Stepaşin məlumat verib. Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd ali məktəbin tikintisi üçün torpaq sahəsi ayrılması barədə tapşırıq verib. Bu, Suriyada açılacaq ilk Rusiya ali məktəbi olacaq. İndiyədək ölkədə ABŞ, Böyük Britaniya, Fransa ali məktəbləri fəaliyyət göstərib.

Qeyd edək ki, suriyalıların Rusiyada təhsil kvotası son dörd ildə 200 yerdən 500 yerədək artırıb. Ötən il isə Rusiya ali məktəblərinə 541 suriyalı qəbul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az