Hillari Klinton Kraliça Universitetinin rektoru təyin olunub

Hillari Klinton Kraliça Universitetinin rektoru təyin olunub

2 Yanvar 20:30
2 038
Bəyəndim (1) Bəyənmədim (0)

Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

Oxumeni.az xəbər verir ki, Klinton Belfastda yerləşən 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az