Dünyada baş verən son yenilikləri ondan xəbər alacağıq

Dünyada baş verən son yenilikləri ondan xəbər alacağıq

26 Mart 2012 22:49
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa aparıcı olacaq

Onu Türkiyənin "Show Tv" kanalında yayımlanan "Adını Feriha koydum" serialından çox yaxşı tanıyır tamaşaçılar. Serialda mənfi obrazın öhdəsindən məharətlə gələn Ceyda Ateşi bundan sonra qonşu ölkənin xəbərlər proqramının aparıcısı kimi görə biləcəyik. Çünki bu ilin iyun ayında final bölümü ilə ekranlarla vidalaşacaq olan serialın çəkilişləri bitər-bitməz aktrisa yeni vəzifəsinin stulunda əyləşəcək. Bunu biz yox, Ceydanın özü deyir: "Artıq bu iş üçün xüsusi dərslər alıram. Mənim uşaqlıqdan mikrofona həvəsim olub. Ona görə də dərslərim bitər-bitməz aparıcı olacam".

Günel Həbib