Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi

Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi

10 Dekabr 2019 11:15
235
Bəyəndim (1) Bəyənmədim (0)

Bu günlərdə Bakıda Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə azərbaycanlı rəssam Günay Mehdizadənin toyu olub.

Oxumeni.az-ın məlumatına görə, toy mərasimi cütlüyün ailə üzvləri və dostlarının əhatəsində keçib. Mərasimdən fotoları qonaqlardan biri – Dadaş Məmmədov Feysbuk hesabında paylaşıb.

Qeyd edək ki, Günay Mehdizadə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam nəinki Azərbaycanda, həm də Türkiyədə uğur qazana bilib. Belə ki, Atatürkün Günay tərəfindən çəkilmiş portreti birincinin Ankara şəhərində yerləşən ev-muzeyinin daimi eskpozisiyasında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az