Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq

Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq

30 Noyabr 2019 08:55
Bəyəndim (3) Bəyənmədim (0)

Dekabrın ortalarında Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq.

Oxumeni.az xəbər verir ki, bu məlumatı jurnalistlərə Rusiyanın Gürcüstan ilə danışıqlar üzrə səlahiyyətli nümayəndəsi, senator Qriqori Karasin verib.

Onun sözlərinə görə, bu mərkəz Rusiya ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, dünən Praqada Rusiya ilə Gürcüstan arasında vəziyyətin normallaşdırılmasına dair danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlarda bu məsələ də diqqət mərkəzində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az