"Eurovision-2012"-də nənələr ikinci yerə çıxa bilər

"Eurovision-2012"-də nənələr ikinci yerə çıxa bilər

13 Mart 2012 16:43
Bəyəndim (0) Bəyənmədim (0)
Avropada İsveçin qalib gələcəyi proqnoz edilir

"РИА Новости"-nin məlumatına görə, Avropanın bukmeker kontorları olan William və Hill Ladbrokes "Eurovision-2012" müsabiqəsi ilə bağlı ilk proqnozlarını verib. Onların fikrincə, builki yarışmada İsveç təmsilçisi Lorin "Eyforiya" mahnısı ilə qalib gələcək. Rusiya təmsilçisi "Бурановские бабушки (Buranovo nənələri)" isə ikinci yerə layiq görüləcək. Avropanın digər kontorlarında da buna oxşar proqnozlar verilir.

Qeyd edək ki, "nənələr" udmurt və rus dillərində ifa etdikləri "Party for Everybody" mahnısı ilə Rusiya seçim turunda qalib gəlmişdilər. Onlar Udmurtiyanın Malopurqinsk rayonunun Buranovo kəndindəndirlər.

Xatırladaq ki, "Eurovision-2012"-nin yarımfinalı 22 və 24 may tarixlərində, final isə 26 may günü Bakıda keçiriləcək. 42 ölkə qalib uğrunda mübarizə aparacaq.

Nənələr nəvələrinə dərs verəcəklər...

Könül Aypara

O.M.