UNEC-də yeni tələbə-rektor seçilib

UNEC-də yeni tələbə-rektor seçilib

15 Noyabr 2019 16:16
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti tələbə-rektor seçkiləri keçirilib.

UNEC-dən Oxumeni.az-a bildirilib ki, tələbə-rektor Elmir Sadıqovun fəaliyyət müddəti başa çatdığı üçün qaydalara uyğun olaraq, yenidən seçkilər təşkil olunub.

Seçkidən öncə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova universitetdə tətbiq olunan tələbə-rektor institutunun məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşdirilməsidir.

Prorektor tələbələri seçkilərdə obyektiv olmağa çağırıb.

Sonra fakültə namizədləri platformalarını açıqlayıblar. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Adilzadə yeni tələbə-rektor seçilib.

Seçkilər UNEC-in rəsmi “Facebook” səhifəsi ilə canlı yayımlanıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)