UNEC-də narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirici tədbir

UNEC-də narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirici tədbir

6 Noyabr 2019 14:28
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.

UNEC-dən Oxumeni.az-a bildirilib ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə təşkil olunub.

Tədbirdə UNEC-in Tələbə Poliklinikasının həkimi Təranə Rəhimova Dövlət Proqramının əhəmiyyətindən danışıb. O, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini bildirib. Bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını vurğulayan T.Rəhimova, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. O, gənclərin narkomaniya və digər zərərli vərdişlərə aludə olmalarının qarşısının alınması üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün şəkildə aparılmasının zəruriliyindən söz açıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)