Şuranın dəstəyilə meşələrin mühafizəsinə həsr olunmuş maarifləndirmə tədbiri Oğuzda keçirilib

Şuranın dəstəyilə meşələrin mühafizəsinə həsr olunmuş maarifləndirmə tədbiri Oğuzda keçirilib

17 Oktyabr 12:42
150
Bəyəndim (0) Bəyənmədim (0)

“Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Meşələrin mühafizəsinə həsr olunmuş maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində Həbib Bayramov adına Oğuz şəhər 1 saylı orta məktəbdə və Oğuz şəhər 3 nömrəli məktəb – liseydə maarifləndirmə tədbirləri keçirilib.
Oğuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Nəbiyev tədbirləri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə məlumat verib, tədbirin Oğuz rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.
İctimai Birliyin rəhbəri Seymur Əzəmmədov isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Oğuz Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Tədbirlərdə ekspert qismində iştirak edən Vilayət Ramazanov öz çıxışında meşələrin qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb və barədə ətraflı məlumat verib. Ekspert tədbir iştirakçılarının diqqətinə çatdırıbdır ki, hazırda ekoloji fəlakətlərin qarşısının alınması, ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli yolları bu gün bəşəriyyəti narahat edən ən ciddi məsələlərdəndir. Sənayenin sürətli inkişafı, urbanizasiyanın artması və əhalinin gündən-günə çoxalması, təbii resursların, torpaqların aramsız istismarı planetimizdə zəncirvari ekoloji fəlakətlərə səbəb olub.
Meşə ətraf təbii mühitin tərkib hissəsi olub onun inkişafında və mühafizəsində mühüm rol oynayır. Ekoloji sistem kimi meşə müxtəlif funksiya daşımaqla yanaşı, həm də əvəzedilməz təbii resurs hesab olunur. Təbii mühitdə ekoloji tarazlığın saxlanmasında meşə olduqca böyük əhəmiyyətə malikdir.
Tədbirlərdə mövzu ilə bağlı iştirakçılara bukletlər və kitabçalar paylanılıb.