Həmyerlimizin layihəsi Rusiyada dövlət mükafatı aldı

Həmyerlimizin layihəsi Rusiyada dövlət mükafatı aldı

8 Mart 2012 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Kamal Bağırın "Lama" layihəsi fəxri diplomla və 24 karatlıq brilyant daşlarla süstlənmiş qızıl qızılgüllərlə mükafatlandırıldı

Bu ilin 8 mart günü Rusiya şou-biznesinə əlamətdar hadisə kimi düşdü. Belə ki, səhnənin qadın ulduzlarına Rusiya Federasiyasının "Лучшие Женщины России (Rusiyanın ən yaxşı qadınları)" adlı dövlət mükafatı təqdim olundu. Təqdimatda məşhur prodüser, həmyerlimiz Kamal Bağırın "Lama" layihəsi də qiymətləndirildi. 10 illik uğurlu yol keçmiş bu layihə fəxri diplomla və 24 karatlıq brilyant daşlarla süstlənmiş qızıl qızılgüllərlə mükafatlandırıldı. Daha sonra Rusiya incəsənətinin və şou biznesinin nümayəndələri ilə xatirə şəkli çəkildi.

Xatırladaq ki, Kamal Bağır 10 ildir istedadlı müğənni, Rusiyada yaşayan həmyerlimiz Lama Safonova ilə çalışır.

Avropanı Azərbaycana gətirən incəsənətimiz dünyanın ən böyük ölkəsi olan Rusiyanı da fəth etməkdədir...

Şəlalə Nəriman

O.M.