Bir sıra ölkələrdə latış dilinin onlayn tədrisinə başlanılıb

Bir sıra ölkələrdə latış dilinin onlayn tədrisinə başlanılıb

29 Oktyabr 2019 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya hökuməti artıq üçüncü ildir ki, ölkə hüdudlarından kənarda yaşayan uşaqlara onlayn üsulla latış dilinin keçirilməsini təşviq edir.

Oxumeni.az xəbər verir ki, virtual qaydada dil öyrənən latış uşaqlar əsasən Böyük Britaniya, İrlandiya və İsveçdə yaşayırlar. Dərs zamanı uşaqlar yaşlarına və yaşadıqları ölkələrin saat qurşağına görə qruplaşdırılır. Bu ildən isə Azərbaycan, ABŞ, Avstraliya, Avstriya, Çexiya, CAR, Misir, Fransa kimi ölkələrdəki latış uşaqlar və ya bu dili öyrənmək istəyənlər sözügedən proqrama qoşula biləcəklər.

Dərslər Latviya Dil Agentliyi tərəfindən təşkil olunub və şagirdlərin sayı artmaqda davam edir. Uşaqlara, həmçinin latış mədəniyyəti və tarixi də tədris olunur. Proqram Latviyanın Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)