Ermənistan "Eurovision-2012" mahnı yarışmasında iştirak etməyəcək!

Ermənistan "Eurovision-2012" mahnı yarışmasında iştirak etməyəcək!

7 Mart 2012 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Eurovision.az saytının məlumatına görə, bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə rəsmi məktub göndərib. "Eurovision" mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand Ermənistanın yarışmadan imtina qərarını təəssüflə qarşılayıb: "Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. EBU-nun səylərinə baxmayaraq, bəzi bizdən asılı olmayan səbəblərə görə, onlar belə qərar verdilər".

Beləliklə, Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək. Hər yarımfinalda 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. "Böyük beşlik" ölkələri və keçən ilki qalib Azərbaycan isə birbaşa finalda çıxış edəcək.

O.M.