“Yaşıl planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları BDU-da olub

“Yaşıl planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları BDU-da olub

24 Oktyabr 2019 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Ekosfera” Sosial-Ekoloji Mərkəzi ilə birgə “Yaşıl planet” beynəlxalq tələbə məktəbinin “Biomüxtəliflik, ekosistem xidmətləri və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi” mövzusunda plenar sessiya keçirilib.

BDU-dan Oxmeni.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev 100 illik yubileyi qeyd olunan universitetdə ekoloji təhsil və maarifləndirmə istiqamətində həyata keçirilən yeniliklər və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanda ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərildiyini bildirən rektor layihənin ekologiya sahəsində çalışan mütəxəssislər arasında çoxtərəfli əlaqələrin qurulmasına əsas verəcəyini vurğulayıb.

“Ekosfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək, təcrübə mübadiləsi və təlim keçmək məqsədilə Azərbaycanda toplanıblar.

Sonda “Yaşıl planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin maddi-texniki bazası, universitetin Nano Araşdırmalar Mərkəzi, Təkamül muzeyi ilə tanış olublar.

Xatırladaq ki, 9 ölkədən 18-25 yaş aralığında 100 gəncin iştirak etdiyi məktəbdə ətraf mühitin mühafizəsi, ekoliderlik, ətraf mühitin idarə olunması və digər mövzularda mühazirələr, seminarlar və ustad dərsləri keçirilir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)