İlham Əliyev Xalq artistinə ev verdi

İlham Əliyev Xalq artistinə ev verdi

18 Oktyabr 2019 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

Oxumeni.az xəbər verir ki, Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib.

Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub.

Oxumeni.az