Ədəbiyyat sahəsində Nobel mükafatları laureatlarının adları açıqlanıb

Ədəbiyyat sahəsində Nobel mükafatları laureatlarının adları açıqlanıb

10 Oktyabr 2019 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ədəbiyyat sahəsində 2018-ci il Nobel mükafatına polşalı yazıçısı Olqa Tokarçuk, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handke layiq görülür.

Oxumeni.az xəbər verir ki, bu barədə İsveç Akademiyasının Stokholmda baş tutan xüsusi tədbirində deyilib.

Qeyd edək ki, 2019-cu ildə ədəbiyyat sahəsində həm ötən ilki, həm də bu ilki Nobel mükafatları laureatları adlarının elan olunması unikal haldır. Bu hal onunla bağlıdır ki, keçən il Nobel mükafatını təqdim edən orqan olan İsveç Akademiyasında baş verən qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmin il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salınması haqda qərar verilib.

Oxumeni.az