Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu

Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu

9 Oktyabr 09:48
14

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartseneqqer Rusiyanın “Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Moskva 24” saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Şvartseneqqer bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”, - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartseneqqer Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.

Oxumeni.az