Xatirə İslam "Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı"nda solo konsert verdi

Xatirə İslam "Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı"nda solo konsert verdi

1 Mart 2012 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Fevral ayının 28-ində saat 19:00-da Xatirə İslamın "Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı"nda böyük solo konserti keçirildi. Konsert Xatirə xanımın çox maraqlı çıxışı və səhnə performansı ilə yadda qaldı.

Konsertdə gənc bəstəkar Vüsalə Hikmətin sevilən iki mahnısı ifa olundu. Sözləri gənc şair Fuad Biləsuvarlıya aid olan "Sənsən günahkar" mahnısı tamaşaçıların sürəkli alqışlarına səbəb oldu.

Şair oxumeni.az-a açıqlamasında həmin anı belə xatırlayır: "Bir anlıq özümü göylərin yeddinci qatında hiss etdim. Bu, mənim yaradıcılığımda irəli getməyim, sözün yaxşı mənasında bir partlayış yaratmağım üçün bir zəmin oldu".

O.M.