Ülvira Qarayevanın əri üçüncü dəfə bıçaqlandı

Ülvira Qarayevanın əri üçüncü dəfə bıçaqlandı

27 Fevral 2012 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

ANS-in "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı üçüncü dəfə bıçaqlanıb. 3 saylı şəhər Klinik Xəstəxanasının yaydığı məlumata görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, T.Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır. Bıçaqlanan T.Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.

O.M.