A.Lukaşenko "Eurovision-2012" yarışmasına görə Prezident Administrasiyasının rəhbərini cəzalandırdı

A.Lukaşenko "Eurovision-2012" yarışmasına görə Prezident Administrasiyasının rəhbərini cəzalandırdı

25 Fevral 2012 21:02
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, Bakıya milli seçim turunun birincisi deyil, ikincisi göndəriləcəkdi

Belorus prezidenti Aleksandr Lukaşenko ölkənin Mədəniyyət naziri Paşel Latuşkoya və Belorus Dövlət Teleradio Şirkətinin rəhbəri Gennadiy Davıtkoya töhmət verib. Səbəb adıçəkilən təşkilatların "Eurovision-2012" mahnı müsabiqəsinin milli seçim turunda qeyri-obyektivliyə yol verməsidir.

Belorus Prezidenti Administrasiyasına istinadən İtar Tass məlumat verir ki, başqa məmurlar da eyni səbəbdən tənbeh ediliblər. Prezident Administrasiyasının rəhbəri Vladimir Makey, onun birinci müavini Aleksandr Radkov və Baş nazirin müavini Anatoliy Tozik şifahi töhmət alıblar. Mədəniyyət naziri və Belorus Dövlət Teleradio Şirkətinin rəhbərinə tapşırılıb ki, tezliklə günahkarlar müəyyən edilərək cəzalandırılsın.

Xatırladaq ki, "Yevrofest" adlandırılan Belorus milli seçim turunda birinci yeri qazanmış Alyona Lanskayanın yerinə ikinci yerə layiq görülmüş "Laytsaund" qrupu Bakıya göndəriləcəkdi.

O.M.