Azərbaycanda foto-müsabiqə keçiriləcək

Azərbaycanda foto-müsabiqə keçiriləcək

21 Aprel 2011 16:21
744
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman Nazirliyi aprel və may ayları ərzində 16-21 yaş arası olan gənclər arasında "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" mövzusunda foto-müsabiqəyə start verib.


Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layihəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir.

Bu müsabiqə eyni zamanda Azərbaycanda "Turizm ili"nin elan olunması ilə əlaqədar təşkil olan tədbirlər çərçivəsində gerçəkləşdirilir.

Vətənə məhəbbət hər kəsin qəlbində olmalıdır. Gözlər isə qəlbin aynasıdır.


Hafiz Əhmədov


O.M.