Ermənilər "Eurovision-2012"-ni başqa ölkədə keçirməyi tələb edirlər

Ermənilər "Eurovision-2012"-ni başqa ölkədə keçirməyi tələb edirlər

24 Fevral 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)
20-dən çox tanınmış erməni müğənnisi Avropa Yayım İttifaqına rəsmi bəyanatla müraciət edib

Erməni müğənnilər may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini boykot etmə kampaniyasına başlayıblar. 20-dən çox tanınmış erməni müğənnisi Ermənistanın İctimai Televiziyasına və Avropa Yayım İttifaqına rəsmi bəyanatla müraciət edib. Onlar bu addımı cümə axşamı günü Ermənistan-Azərbaycan sərhədində erməni əsgərinin atışma zamanı ölməsi ilə izah edirlər. Bəyanatda bildirilir: "Biz rəsmən bəyan edirik ki, Bakıda keçiriləcək "Eurovision" yarışmasında iştirakdan imtina edirik." Bununla yanaşı müəlliflər müsabiqənin başqa ölkədə keçirilməsini tələb ediblər və yalnız bu halda yarışmaya qatılacaqlarını bildiriblər.

Xoruz nə qədər banlasa da, ataların belə bir məsəli var: Xoruz yox idi, səhər açılmırdı?"

Aqil Hüseynov

O.M.