Türkiyənin dövlət kanalı TRT-də "Hepimiz Hocalılıyız" adlı sənədli film nümayiş etdiriləcək

Türkiyənin dövlət kanalı TRT-də "Hepimiz Hocalılıyız" adlı sənədli film nümayiş etdiriləcək

20 Fevral 2012 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin dövlət kanalının (TRT) Bakı Təmsilçiliyinin məlumatına görə, TRT "Hepimiz Hocalılıyız" ("Hamımız Xocalılıyıq") adlı sənədli film çəkib. Son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə Xocalı əhalisinin həyat mübarizəsi, problemləri, ümidləri və arzularından bəhs edilir. TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan sənədli filmin Xocalı faciəsinin 20-ci ildönümünə həsr edildiyini, dünyaya demokratiya dərsi verən ölkələrin Xocalı olayına səssiz qaldığını, ancaq bir gün bu yanlışlardan dönəcəklərini söyləyib. "Hepimiz Hocalılıyız" sənədli filmi fevralın 21-də saat 13.05-də "TRT Avaz" telekanalında efirə veriləcək. Proqramın təkrarı fevralın 26-da saat 08.40-da yayımlanacaq. Bundan başqa, TRT 1, "TRT Haber", "TRT Türk" və "TRT Avaz"da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı silsilə proqramlar nümayiş etdirəcək. Bu televiziya kanallarında erməni vəhşiliyi bir daha gündəmə gətirilərək Türkiyə və dünyaya çatdırılacaq.

O.M.