Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın verdi

Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın verdi

31 May 2019 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən xalq artistinə avtomobil hədiyyə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.