AQTİ-də təcrübə keçən tələbələr imtahan veriblər

AQTİ-də təcrübə keçən tələbələr imtahan veriblər

30 May 2019 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Tibb Universitetinin (ATU) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) istehsalat təcrübəsi keçən 5-ci kurs tələbələri üçün test imtahanı keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, imtahanda ATU-nun "İctimai səhiyyə" fakültəsinin 7 qrup üzrə 79 tələbəsi iştirak edib.

Tələbələr onlara keçirilmiş təlimlərə əsasən hazırlanmış test tapşırıqlarını müvəffəqiyyətlə cavablandırıblar. ATU-nun "İctimai səhiyyə" fakültəsinin tələbələri AQTİ-də 2018-ci ilin noyabr ayından təcrübəyə başlamışdılar. Onlar bu müddətdə İnstitutun təşkil etdiyi müxtəlif təlimlərdə iştirak edib, laboratoriyaların fəaliyyəti ilə tanış olublar. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin təhsil müəssisəsində yiyələndikləri nəzəri biliklərin istehsalatda tətbiqidir.