Yaxın 3 gündə mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir

Yaxın 3 gündə mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir

30 May 2019 16:43
94
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın 3 gündə mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir.

Mediainfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən məlumata görə mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsədə, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm təşkil edib.

Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib.

Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.

Əksər rayonlarda mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gecə və axşam lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.