ASAN Radioda “Azərbaycan tarixi” adlı layihə davam edir - VİDEO

ASAN Radioda “Azərbaycan tarixi” adlı layihə davam edir - VİDEO

29 May 2019 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ASAN Radio ilə birgə həyata keçirdiyi "Azərbaycan tarixi" adlı layihə davam edir.

Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə ASAN Radionun direktoru Emin Musəvidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.

Buraxılışın linki: https://www.youtube.com/watch?v=dd_xYZU6Uz8