Ərdoğan iftara gələn müğənnini qapıdan qaytardı

Ərdoğan iftara gələn müğənnini qapıdan qaytardı

28 May 2019 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi iftar yeməyinə dəvət edilməyən müğənni Mustafa Cecelinin məclisə qatılmaq istədiyi, amma qapıdan geri qaytarıldığı iddia edilib.

Ərdoğanın Dolmabağça sarayında verdiyi iftara ölkənin bir çox məşhur siması qatılıb.

Mustafa Ceceli isə iftara dəvət edilməyənlər arasında olub. Məlumata görə, o, iftara qatılmaq istəsə də, adının siyahıda olmadığı bildirilərək qapıdan geri qaytarılıb.

Qeyd edilib ki, sənətçi həyat yoldaşından boşandıqdan sonra baş verənlərə görə iftara dəvət edilməyib.

Əlavə edək ki, Mustafa Ceceli boşandığı həyat yoldaşının intim fotolarını yayımlamaqla gündəmə gəlmişdi. Teleqraf