Hava şəraiti kəskin dəyişəcək-Xəbərdarlıq

Hava şəraiti kəskin dəyişəcək-Xəbərdarlıq

25 May 2019 19:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın 3 ün ərzində respublikamızın ərazisində ava kəskin şəkildə dəyişəcək.

Mediainfo.az-a Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Respublikanın rayonlarında 26,27,28 may 2019-cu il tarixlərində hava şəraitinin dəyişkən olacağı gözlənilir.

May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.