Avroviziyada Qarabağsız xəritəmiz - İTV-dən reaksiya

Avroviziyada Qarabağsız xəritəmiz - İTV-dən reaksiya

20 May 2019 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya-2019 mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət ötən gün Avroviziya-2019 mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.