Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

14 May 2019 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 15-də respublikamızın ərazisində hava şəritinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 15-dəhavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Mayın 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.