SABAH teatrı beynəlxalq festivalda

SABAH teatrı beynəlxalq festivalda

13 May 2019 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs "Aktyor sənəti" ixtisasının tələbələri və SABAH məzunları "Hərə bir qəhrəman" və "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" tamaşaları ilə iştirak ediblər.

Tamaşalar böyük maraqla qarşılanıb.

Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.