“Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur”

“Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur”

9 May 2019 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

"David Qareci" monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. "Çixituri" monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir".

Bunu "David Qareci" kompleksinin baş keşişi Kirian Oniani "İnterpresnyus"-a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.

"Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir", - deyə baş keşiş deyib.(ona)