Respublika fənn olimpiadalarının final turu keçiriləcək

Respublika fənn olimpiadalarının final turu keçiriləcək

8 May 2019 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final turu keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılacaqlar. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar.

Olimpiadada ümumilikdə 533 şagirdin iştirakı nəzərdə tutulub. Final turuna qeydiyyat prosesi mayın 15-dəkwww.olimpiada.edu.az saytı vasitəsilə keçiriləcək.

Respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə təşkil edilir.