70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

8 May 2019 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.

Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib.

Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.